Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının 2024-cü ilin ikinci yarımilinə dair iş planı
1. GRECO-nun 5-ci dəyərləndirmə raundu çərçivəsində təşkilat tərəfindən verilmiş və icrası mümkün tövsiyələrə dair müvafiq işlərin görülməsi (avqust–dekabr 2024-cü il)
2. Qiymətləndirilməsi Komissiyaya həvalə edilmiş milli fəaliyyət planlarının icra vəziyyəti üzrə dövlət orqanlarından (qurumlarından) daxil olan hesabatların ümumiləşdirilərək təhlilinin həyata keçirilməsi (avqust–dekabr 2024-cü il)
3. Dövlət proqramlarının monitorinqi üzrə İşçi Qrupun tərkibinin müəyyən edilməsi (sentyabr–dekabr 2024-cü il)
4. Korrupsiya risklərinin qiymətləndirilməsi üzrə İşçi Qrupun tərkibinin müəyyən edilməsi (sentyabr–dekabr 2024-cü il)
5. Komissiyanın yanında fəaliyyət göstərən işçi qrupların tərkibinin yenilənməsi (avqust–dekabr 2024-cü il)
6. Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla (GRECO, OECD, MONEYVAL və digərləri) əməkdaşlığın davam etdirilməsi (avqust–dekabr 2024-cü il)